Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz.
YƏHYA 10:29
Gündəlik İşıq
Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz.
YƏHYA 10:29
Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 TİMOTEYƏ 1:12
Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki,
2 TİMOTEYƏ 4:1
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.
ROMALILARA 8:37-39
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
KOLOSSELİLƏRƏ 3:3
Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
YAQUB 2:5
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.
2 SALONİKLİLƏRƏ 2:16-17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
9 dek 2025
Proverbs 21:3
8 dek 2025
Galatians 5:13
7 dek 2025
2 Corinthians 5:21
6 dek 2025
Philippians 2:13
5 dek 2025
Psalms 119:71
4 dek 2025
Job 28:12
3 dek 2025
Job 5:8