Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
ZƏBUR 119:71
Gündəlik İşıq
Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
ZƏBUR 119:71
O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi.
İBRANİLƏRƏ 5:8
Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq. Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz.
ROMALILARA 8:17-18
Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram. Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım.
ƏYYUB 23:10-11
Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox.
QANUNUN TƏKRARI 8:2
Bunu ürəkdən dərk edin ki, insan öz övladına necə tərbiyə verirsə, Allahınız Rəbb də sizə elə tərbiyə verir. Allahınız Rəbbin əmrlərinə riayət edib Onun yolları ilə gedin və Ondan qorxun.
QANUNUN TƏKRARI 8:5-6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
4 dek 2025
Job 28:12
3 dek 2025
Job 5:8
2 dek 2025
1 John 2:20
1 dek 2025
Isaiah 32:2
30 noy 2025
Revelation 1:4
29 noy 2025
Psalms 65:4
28 noy 2025
James 2:26