Amma hikməti haradan tapmaq olar? Müdrikliyin yeri hanı?
ƏYYUB 28:12
Gündəlik İşıq
Amma hikməti haradan tapmaq olar? Müdrikliyin yeri hanı?
ƏYYUB 28:12
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək. Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir.
YAQUB 1:5-6
Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:5-6
Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin.
1 TİMOTEYƏ 1:17
Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin.
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:7
Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam». Rəbb mənə dedi: «Sən “cavanam” demə. Mən səni kimin yanına göndərsəm, gedəcəksən, sənə nə əmr etsəm, onu söyləyəcəksən. Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.
YEREMYA 1:6-8
O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.
YƏHYA 16:23-24
İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız».
MATTA 21:22
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
3 dek 2025
Job 5:8
2 dek 2025
1 John 2:20
1 dek 2025
Isaiah 32:2
30 noy 2025
Revelation 1:4
29 noy 2025
Psalms 65:4
28 noy 2025
James 2:26
27 noy 2025
John 17:22