27 noy 2025
Gündəlik İşıq, 28 noyabr: Buna görə biz ümidimizi itirmirik
Gündəlik İşıq
Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür.
Yaqub 2:26
Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək.
Matta 7:21
Çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.
İbrani̇lərə 12:14
Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin. Çünki əgər bunlar sizdə varsa və artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq. Bunlar kimdə yoxdursa, o kordur, uzağı görə bilməz və əvvəlki günahlarından təmizləndiyini unutmuşdur. Beləliklə, ey qardaşlar, çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz.
2 Peter 1:5–10
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
Efesli̇lərə 2:8–9
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı ... və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
İbrani̇lərə 2:14–15
«Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 Kori̇nfli̇lərə 15:55, 57
Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir.
2 Kori̇nfli̇lərə 4:16
Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var. Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq. ... Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq.
2 Kori̇nfli̇lərə 5:1, 6–8
Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin. Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm?
Yəhya 14:1–3
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax26 noy 2025
Yeşaya 62:4 · Yeşaya 43:1
25 noy 2025
Romalilara 6:18 · Matta 6:24
24 noy 2025
Luka 8:21 · İbrani̇lərə 2:11–12
23 noy 2025
Süleymanin Məsəlləri̇ 1:33 · Zəbur 90:1
22 noy 2025
Yəhuda 20 · Yəhya 4:24
21 noy 2025
Yəhya 6:37 · Çixiş 22:27
