21 noy 2025
Gündəlik İşıq, 22 noyabr: Amma Mənim yox, Sənin iradən olsun
Gündəlik İşıq
Özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin.
Yəhuda 1:20
Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir.
Yəhya 4:24
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
Efesli̇lərə 2:18
Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun.
Matta 26:39
Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.
Romalilara 8:26–27
Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.
1 Yəhya 5:14
Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək.
Yəhya 16:13
Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
Efesli̇lərə 6:18
Bir ağac üçün ümid var, Kəsilsə belə, yenə pöhrəsini verər, Şaxələri əskilməz.
Əyyub 14:7
Əzilmiş qamışı qırmayacaq.
Yeşaya 42:3
Məni yenə də canlandırır.
Zəbur 23:3
Allah istəyən tərzdə olan kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır.
2 Kori̇nfli̇lərə 7:10
Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.
İbrani̇lərə 12:11
Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam.
Zəbur 119:67
Hər şey pis işlərimizdən və böyük günahlarımızdan ötrü başımıza gəldi, lakin, ey Allahımız, Sən bizi təqsirlərimizin layiq olduğundan az cəzalandırdın. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı – bunları bizə verdin.
Ezra 9:13
Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! ... O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm.
Mi̇keya 7:8–9
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax20 noy 2025
Mi̇keya 7:8 · Yeşaya 43:2–3
19 noy 2025
Matta 7:20 · 1 Yəhya 3:7
18 noy 2025
Yeşaya 27:8 · İki̇nci̇ Şamuel 24:14
17 noy 2025
Zəbur 92:5 · Kolosseli̇lərə 1:9
16 noy 2025
Yəhya 17:17 · Yəhya 15:3
15 noy 2025
1 Kori̇nfli̇lərə 1:9 · İbrani̇lərə 10:23
