Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.
MATTA 7:20
Gündəlik İşıq
Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.
MATTA 7:20
Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir.
1 YƏHYA 3:7
Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı? Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su gələ bilməz. Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin.
YAQUB 3:11-13
İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara yaxınlaşdığı gündə Onu izzətləndirsinlər.
1 PETER 2:12
Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin; çünki ağac bəhrəsindən tanınır.
MATTA 12:33
Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır.
MATTA 12:35
Bağım üçün daha nə etməliyəm? Üzümlüyün barını gözləyərkən Axı nə üçün bağım cır üzüm gətirsin?
YEŞAYA 5:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
18 noy 2025
Isaiah 27:8
17 noy 2025
Psalms 92:5
16 noy 2025
John 17:17
15 noy 2025
1 Corinthians 1:9
14 noy 2025
Psalms 40:17
13 noy 2025
Ephesians 5:25-26
12 noy 2025
2 Corinthians 7:10