Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.
YƏHYA 17:17
Gündəlik İşıq
Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.
YƏHYA 17:17
Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.
YƏHYA 15:3
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.
KOLOSSELİLƏRƏ 3:16
Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla. Bütün qəlbimlə Səni axtarmışam, Qoyma əmrlərindən çıxım.
ZƏBUR 119:9-10
Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar. İdrak səni hifz edər, Dərrakə səni qoruyar.
SÜLEYMANIN MƏSƏLLƏRİ 2:10-11
Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım. Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.
ƏYYUB 23:11-12
Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
ZƏBUR 119:99
O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək».
YƏHYA 8:31-32
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
15 noy 2025
1 Corinthians 1:9
14 noy 2025
Psalms 40:17
13 noy 2025
Ephesians 5:25-26
12 noy 2025
2 Corinthians 7:10
11 noy 2025
Psalms 78:53
10 noy 2025
Colossians 1:10
9 noy 2025
Psalms 89:19