11 noy 2025
Gündəlik İşıq, 12 noyabr: İman etdim, buna görə danışdım
Gündəlik İşıq
Allah istəyən tərzdə olan kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda peşmançılıq yoxdur.
2 Kori̇nfli̇lərə 7:10
Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.
Matta 26:75
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 Yəhya 1:9
Onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
1 Yəhya 1:7
Günahlarım mənə sarıldı. Görə bilmirəm, çünki məndə ürək qalmadı, Onlar başımın tükündən çoxdur. Ya Rəbb, lütfünlə məni xilas et, Ya Rəbb, dadıma tez çat!
Zəbur 40:12–13
Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla.
Huşə 12:6
Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
Zəbur 51:17
O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
Zəbur 147:3
Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?
Mi̇keya 6:8
Yaxşısanmı ... Qadın dedi: «Yaxşıyıq».
İki̇nci̇ Padşahlar 4:26
İman etdim, buna görə danışdım.
2 Kori̇nfli̇lərə 4:13
Elə bil cəza çəkirik, amma öldürülmürük. Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
2 Kori̇nfli̇lərə 6:9–10
Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik. Təqib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq. İsanın ölümünü bədənimizdə həmişə daşıyırıq ki, Onun həyatı bədənimizdə aydın görünsün. Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik.
2 Kori̇nfli̇lərə 4:8–10, 16–18
Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan.
3 Yəhya 1:2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 noy 2025
Kolosseli̇lərə 1:10 · Romalilara 12:1–2
9 noy 2025
Zəbur 89:19 · Yeşaya 43:11
8 noy 2025
1 Saloni̇kli̇lərə 5:8 · 1 Peter 1:13
7 noy 2025
Zəbur 107:8 · Zəbur 34:8
6 noy 2025
Kolosseli̇lərə 3:4 · Yəhya 11:25
5 noy 2025
Çixiş 30:23 · Çixiş 30:25
