6 Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın.
10 Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi.
29 Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi. 30 Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi. 31 O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı. 32 O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi. 33 Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı. 34 Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi.
Gibeonda yuxuda ona görünən Rəbbə etdiyi duasında Süleyman atası Davuda bu gözəl istinadı edir. Bunlar sadəcə sözlər deyildi, çünki 10-cu ayə bizə deyir ki, Rəbb onun duasından razı qaldı. Süleyman atası Davudu şəxsi duasında şərəfləndirdi, onun haqqında Allaha hörmətlə danışdı. O, həmçinin məbədin təqdis edilməsi zamanı ictimai duasında da onu şərəfləndirdi (1 Pad. 8; 2 Sal. 6). Süleyman Allahın xalqını mühakimə etmək üçün hikmət və bilik istəyində Davudun məsləhətinə hörmət etmişdi və Davud ölümündən az əvvəl onu hikmətinə görə tərifləmişdi. Bu tərif Süleymanın başına vurmamış, onu şişirtməmişdi. Rəbb dindar atalara kömək etsin ki, övladlarını elə təşviq etsinlər və böyütsünlər ki, onlar həm Allahın yollarında yürüsünlər, həm də atalarına görə Allaha ürəkdən şükür etsinlər.
Həqiqətən müdrik insan hikmətdən nə qədər məhrum olduğunu dərk edir və “hamıya səxavətlə və qınamadan verən Allahdan istəyəcək, və ona veriləcəkdir” (Yaqub 1:5). Kaş ki, Allahın hökumətlərdə səlahiyyət verdiyi şəxslər bunu öyrənsinlər!
Daha sonra oxuyuruq ki, “Allah Süleymana hikmət və həddindən artıq böyük anlayış verdi… o, bütün insanlardan daha müdrik idi… və onun şöhrəti bütün ətraf millətlərdə idi… və bütün millətlərdən, hikmətini eşidən bütün yer üzünün padşahlarından insanlar Süleymanın hikmətini eşitməyə gəldilər” (1 Pad. 4:29–34).