Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
ZƏBUR 107:8
Gündəlik İşıq
Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
ZƏBUR 107:8
Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
ZƏBUR 34:8
Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.
ZƏBUR 31:19
Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin.
YEŞAYA 43:21
Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün. Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək.
EFESLİLƏRƏ 1:5-6
qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq.
EFESLİLƏRƏ 1:12
Necə yaraşıqlı, necə gözəl olacaqlar! Oğlanlar taxılla, Qızlar təzə şərabla gücə gələcək.
ZƏKƏRİYYƏ 9:17
Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər. Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək. Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar. Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin.
ZƏBUR 145:9-12
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
6 noy 2025
Colossians 3:4
5 noy 2025
Exodus 30:23
4 noy 2025
1 Peter 1:6
3 noy 2025
Hosea 14:9
2 noy 2025
1 Thessalonians 5:15
1 noy 2025
Proverbs 8:34
31 okt 2025
Zechariah 4:6