O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
ZƏKƏRİYYƏ 4:6
Gündəlik İşıq
O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
ZƏKƏRİYYƏ 4:6
Rəbbin Ruhuna kim yol göstərdi? Ona kim məsləhətçi olub öyrətdi?
YEŞAYA 40:13
Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları, dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdıqları, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, Allahın qarşısında heç bir insan öyünməsin.
1 KORİNFLİLƏRƏ 1:27-29
Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir».
YƏHYA 3:8
Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
YƏHYA 1:13
“Misirdən çıxan zaman sizinlə bağladığım əhdə əsasən Ruhum aranızdadır. Qorxmayın!”
HAQQAY 2:5
O dedi: «Bütün Yəhudalılar, Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: “Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır.
İKİNCİ SALNAMƏLƏR 20:15
Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək».
BİRİNCİ ŞAMUEL 17:47
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
30 okt 2025
Lamentations 3:26
29 okt 2025
Song of Solomon 5:16
28 okt 2025
Isaiah 59:16
27 okt 2025
Matthew 8:17
26 okt 2025
Psalms 99:1
25 okt 2025
Matthew 28:20
24 okt 2025
Jonah 2:4