Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur, Mənim yarım budur.
NƏĞMƏLƏR NƏĞMƏSİ 5:16
Gündəlik İşıq
Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur, Mənim yarım budur.
NƏĞMƏLƏR NƏĞMƏSİ 5:16
Düşüncəm Ona xoş görünsün, Mən Rəbbə görə sevinəcəyəm.
ZƏBUR 104:34
Sevgilim nur saçır, əlvan rənglidir, O, on minlərin arasından seçilir.
NƏĞMƏLƏR NƏĞMƏSİ 5:10
Çünki Müqəddəs Yazıda yazılıb: «Budur, Sionda bir daş, Seçilmiş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən kəs əsla utandırılmaz».
1 PETER 2:6
Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib.
ZƏBUR 45:2
Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki,
FİLİPİLİLƏRƏ 2:9
Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa
KOLOSSELİLƏRƏ 1:19
Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.
1 PETER 1:8
Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum.
FİLİPİLİLƏRƏ 3:8-9
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 okt 2025
Isaiah 59:16
27 okt 2025
Matthew 8:17
26 okt 2025
Psalms 99:1
25 okt 2025
Matthew 28:20
24 okt 2025
Jonah 2:4
23 okt 2025
Luke 12:15
22 okt 2025
Psalms 108:1