Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
ZƏBUR 108:1
Gündəlik İşıq
Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
ZƏBUR 108:1
Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
ZƏBUR 27:1
Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir.
YEŞAYA 26:3
Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz.
ZƏBUR 112:7-8
Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm.
ZƏBUR 56:3
Dar gündə məni çardağında gizlər, Çadırının örtüyü ilə örtər, Qaya başındakı yüksək yerə gətirər. İndi ətrafımdakı düşmənlərimin üzərində Qələbələr çalacağam, Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm, Onu ilahilərlə tərənnüm edəcəyəm.
ZƏBUR 27:5-6
Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. Qüdrət əbədi olaraq Onun olsun! Amin.
1 PETER 5:10-11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
21 okt 2025
John 1:16
20 okt 2025
Romans 7:22
19 okt 2025
Proverbs 3:26
18 okt 2025
John 19:34
17 okt 2025
Psalms 89:16
16 okt 2025
Romans 12:11
15 okt 2025
Psalms 59:9