14 okt 2025
Gündəlik İşıq, 15 oktyabr: Ey Allahım, qalamsan (Zəbur 59:9)
Gündəlik İşıq
Ey Allahım, qalamsan.
Zəbur 59:9
Rəbb qayam, qalamdır, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm, Sığınacaq yerim, xilaskarım!
İki̇nci̇ Şamuel 22:2–3
Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
Zəbur 28:7
Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq.
Yeşaya 59:19
Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
İbrani̇lərə 13:6
Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
Zəbur 27:1
Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
Zəbur 125:2
Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
Zəbur 63:7
Öz ismin naminə mənə yol göstərib rəhbərlik et.
Zəbur 31:3
Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla.
Matta 6:12
Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.
Matta 18:21–22
Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər.
Matta 18:32–35
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efesli̇lərə 4:32
Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.
Kolosseli̇lərə 2:13–14
Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
Kolosseli̇lərə 3:13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax13 okt 2025
Dani̇el 10:12 · Yeşaya 57:15
12 okt 2025
2 Kori̇nfli̇lərə 5:19 · Kolosseli̇lərə 1:19–20
11 okt 2025
Zəbur 22:11 · Zəbur 13:1–2
10 okt 2025
Efesli̇lərə 3:15 · Efesli̇lərə 4:6
9 okt 2025
Nehemya 9:17 · 2 Peter 3:9
8 okt 2025
İbrani̇lərə 13:6 · Romalilara 8:35
