7 okt 2025
Gündəlik İşıq, 8 oktyabr: Heç qorxmaram (İbrani̇lərə 13:6)
Gündəlik İşıq
Heç qorxmaram. İnsan mənə nə edə bilər?
İbrani̇lərə 13:6
Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Romalilara 8:35, 37
Bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun!
Luka 12:4–5
Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür.
Matta 5:10–12
Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım.
Həvari̇ləri̇n İşləri̇ 20:24
Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.
Zəbur 119:46
Ayağımı qaya üzərində bərkitdi.
Zəbur 40:2
O Qaya da Məsih idi.
1 Kori̇nfli̇lərə 10:4
Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən». ... sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.
Matta 16:16, 18
Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq.
Həvari̇ləri̇n İşləri̇ 4:12
Ona görə ürəklərimiz pis vicdandan paklanmış ... Ümid verən əqidədən möhkəm tutaq.
İbrani̇lərə 10:22–23
Imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir.
Yaqub 1:6
Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.
Romalilara 8:35, 37, 39
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax6 okt 2025
Vəhy 19:6 · Əyyub 42:2
5 okt 2025
Zəbur 50:15 · Zəbur 42:11
4 okt 2025
Çixiş 34:29 · Zəbur 115:1
3 okt 2025
Vəhy 1:5 · Nəğmələr Nəğməsi̇ 8:7
2 okt 2025
Levi̇li̇lər 16:22 · Zəbur 103:12
1 okt 2025
Qalati̇yalilara 5:22–23 · 1 Kori̇nfli̇lərə 9:25–27
