4-Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun!
Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək
VƏHY 1:5
Sevgini ümman sular söndürə bilməz,
Onu çağlayan çaylar batıra bilməz.
Bir insan sevgisi uğrunda var-yoxunu versə belə,
Hamı ona xor baxar.
NƏĞMƏLƏR NƏĞMƏSİ 8:7
Məni qəlbinin başında, qolunun üstündə
Bir möhür kimi saxla.
Çünki sevgi ölüm qədər qüvvətlidir,
Qısqanclıq ölülər diyarı kimi möhkəmdir,
Onun odu alovlanır,
O, atəşdir, tamamilə yandırıb-yaxır.
NƏĞMƏLƏR NƏĞMƏSİ 8:6
Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.
YƏHYA 15:13
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.
1 PETER 2:24
7-Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.
EFESLİLƏRƏ 1:7
Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
1 KORİNFLİLƏRƏ 6:11
Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.
1 PETER 2:9
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
ROMALILARA 12:1