28 sen 2025
Gündəlik İşıq, 29 sentyabr: Rəbbə ümid bağla! (Zəbur 27:14)
Gündəlik İşıq
Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi.
1 Yəhya 3:16
Hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın.
Efesli̇lərə 3:19
Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.
Yəhya 15:13
Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı.
2 Kori̇nfli̇lərə 8:9
Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.
1 Yəhya 4:11
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efesli̇lərə 4:32
Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
Kolosseli̇lərə 3:13
Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin.
Mark 10:45
Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.
1 Peter 2:21
Siz də bir-birinizin ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.
Yəhya 13:14–15
Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik.
1 Yəhya 3:16
Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər.
Yəhya 5:19
Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
Süleymanin Məsəlləri̇ 2:6
Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək.
Luka 21:15
Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol!
Zəbur 27:14
Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur.
2 Kori̇nfli̇lərə 12:9
Yaqubun qardaşı mən Yəhudadan Ata Allahın sevdiyi.
Yəhuda 1:1
Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir.
İbrani̇lərə 2:11
Yeri, göyü Mən doldurmamışammı?» Rəbb belə bəyan edir.
Yeremya 23:24
Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.
Efesli̇lərə 1:23
Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur.
Yeşaya 43:11
Həqiqətən, dünyanın Xilaskarı Budur.
Yəhya 4:42
Ümumi imana görə mənə əsl oğul olan Titə Ata Allahdan və Xilaskarımız Məsih İsadan lütf və sülh olsun!
Ti̇tə 1:4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax27 sen 2025
1 Peter 5:6 · Süleymanin Məsəlləri̇ 16:5
26 sen 2025
Qanunun Təkrari 32:4 · 1 Peter 2:23
25 sen 2025
Yaqub 1:4 · 1 Peter 1:6–7
24 sen 2025
Zəbur 73:28 · Zəbur 26:8
23 sen 2025
Ezra 9:9 · 1 Peter 4:12
22 sen 2025
Zəbur 104:34 · Nəğmələr Nəğməsi̇ 2:3
