Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.
YAQUB 1:4
Gündəlik İşıq
Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.
YAQUB 1:4
Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.
1 PETER 1:6-7
Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm, dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır.
ROMALILARA 5:3-4
Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
MƏRSİYƏLƏR 3:26
Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz. Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.
İBRANİLƏRƏ 10:34-36
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
24 sen 2025
Psalms 73:28
23 sen 2025
Ezra 9:9
22 sen 2025
Psalms 104:34
21 sen 2025
Romans 8:28
20 sen 2025
Proverbs 3:13
19 sen 2025
1 Peter 5:10
18 sen 2025
Psalms 119:18