18 sen 2025
Gündəlik İşıq, 19 sentyabr: Kimə istəsəm, lütf göstərərəm
Gündəlik İşıq
Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış.
1 Peter 5:10
Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə istəsəm, lütf göstərərəm.
Çixiş 33:19
O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”.
Əyyub 33:24
Və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu.
Romalilara 3:24–25
Lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi.
Yəhya 1:17
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
Efesli̇lərə 2:8
Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!
1 Ti̇moteyə 1:2
Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir.
Efesli̇lərə 4:7
Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin.
1 Peter 4:10
Lakin Allah daha çox lütf verir.
Yaqub 4:6
Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun!
2 Peter 3:18
Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək? Göyləri və yeri yaradan Rəbdən.
Zəbur 121:1–2
Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
Zəbur 125:2
Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.
Zəbur 123:1–2
Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
Zəbur 63:7
Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir.
İki̇nci̇ Salnamələr 20:12
Həmişə gözüm Rəbdədir, Çünki O, ayaqlarımı tələdən xilas edir.
Zəbur 25:15
Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.
Zəbur 124:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax17 sen 2025
Matta 12:20 · Zəbur 51:17
16 sen 2025
Süleymanin Məsəlləri̇ 21:2 · Zəbur 1:6
15 sen 2025
Romalilara 6:14–15 · Romalilara 7:4
14 sen 2025
Yeşaya 51:12 · 2 Kori̇nfli̇lərə 1:3–4
13 sen 2025
Yəhya 7:37 · Zəbur 84:2
12 sen 2025
Yeşaya 57:18 · Çixiş 15:26
