19 sen 2025
Gündəlik İşıq, 20 sentyabr: Hikmətli insan canları qurtarar
Gündəlik İşıq
Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
Süleymanin Məsəlləri̇ 3:13
Çünki məni tapan həyat tapar, Rəbbi razı salar.
Süleymanin Məsəlləri̇ 8:35
Rəbb belə deyir: Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin ... Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada Məhəbbət, ədalət və salehlik yaratdığını.
Yeremya 9:23–24
Rəbb qorxusu hikmətin başlanğıcıdır.
Süleymanin Məsəlləri̇ 9:10
Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam. Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb.
Fi̇li̇pi̇li̇lərə 3:7–8
Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir.
Kolosseli̇lərə 2:3
Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
Süleymanin Məsəlləri̇ 8:14
O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.
1 Kori̇nfli̇lərə 1:30
Hikmətli insan canları qurtarar.
Süleymanin Məsəlləri̇ 11:30
Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq.
2 Kori̇nfli̇lərə 6:10
Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı.
2 Kori̇nfli̇lərə 8:9
Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
Yəhya 1:16
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun.
2 Kori̇nfli̇lərə 9:8
Dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
Yaqub 2:5
Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları.
1 Kori̇nfli̇lərə 1:26–27
Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq.
2 Kori̇nfli̇lərə 4:7
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax18 sen 2025
Zəbur 119:18 · Luka 24:45
17 sen 2025
Matta 12:20 · Zəbur 51:17
16 sen 2025
Süleymanin Məsəlləri̇ 21:2 · Zəbur 1:6
15 sen 2025
Romalilara 6:14–15 · Romalilara 7:4
14 sen 2025
Yeşaya 51:12 · 2 Kori̇nfli̇lərə 1:3–4
13 sen 2025
Yəhya 7:37 · Zəbur 84:2
