13 sentyabr 2025, şənbə

Gündəlik İşıq

13 sen 2025

Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin.

YƏHYA 7:37

Qəlbim Rəbbin həyətinin həsrətindədir, Könlüm, cismim var olan Allaha mədh oxuyur.

ZƏBUR 84:2

Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm. Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm.

ZƏBUR 63:1-2

Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın!

YEŞAYA 55:1

Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.

VƏHY 22:17

amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək».

YƏHYA 4:14

Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir.

YƏHYA 6:55

Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için!

NƏĞMƏLƏR NƏĞMƏSİ 5:1

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

Son günlər