Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona on yeddi şekel gümüş çəkib verdim.
YEREMYA 32:9
Gündəlik İşıq
Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona on yeddi şekel gümüş çəkib verdim.
YEREMYA 32:9
Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.
YEZEKEL 36:26
Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir, İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir. Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
ZƏBUR 25:8-10
hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın.
YƏHYA 17:21
Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün. Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
EFESLİLƏRƏ 4:1-6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
9 sen 2025
Luke 1:53
8 sen 2025
Daniel 5:27
7 sen 2025
Romans 12:12
6 sen 2025
Lamentations 3:41
5 sen 2025
1 Corinthians 12:12
4 sen 2025
Ruth 3:18
3 sen 2025
Exodus 13:7