Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq.
MƏRSİYƏLƏR 3:41
Gündəlik İşıq
Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq.
MƏRSİYƏLƏR 3:41
Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan, Göyə, yerə əyilərək baxan Odur.
ZƏBUR 113:5-6
Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm,
ZƏBUR 25:1
Sənə sarı əllərimi açmışam, Bir quraq torpaq kimi Sənin üçün susamışam. Sela Ya Rəbb, mənə tez cavab ver, Çünki ürəyim çəkilir. Üzünü məndən gizlətmə, Qoyma qəbirə düşən insanlara bənzəyim. Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm.
ZƏBUR 143:6-8
Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir. Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
ZƏBUR 63:3-4
Bu bəndənin qəlbini sevindir, Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm. Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
ZƏBUR 86:4-5
və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin.
YƏHYA 14:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
5 sen 2025
1 Corinthians 12:12
4 sen 2025
Ruth 3:18
3 sen 2025
Exodus 13:7
2 sen 2025
Psalms 27:14
1 sen 2025
Galatians 5:22-23
31 avq 2025
Romans 5:16
30 avq 2025
Esther 5:2