Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
ROMALILARA 12:12
Gündəlik İşıq
Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
ROMALILARA 12:12
İmanınız və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladığınız ümiddən qaynaqlanır. Bu barədə sizə çatan, Müjdə olan həqiqət kəlamından əvvəlcədən eşitmisiniz.
KOLOSSELİLƏRƏ 1:5
Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq.
1 KORİNFLİLƏRƏ 15:19
Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik».
HƏVARİLƏRİN İŞLƏRİ 14:22
Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də Mənim şagirdim ola bilməz.
LUKA 14:27
Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq.
1 SALONİKLİLƏRƏ 3:3
Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!
FİLİPİLİLƏRƏ 4:4
Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.
ROMALILARA 15:13
Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə,
1 PETER 1:3
Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.
1 PETER 1:8
Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
ROMALILARA 5:2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
6 sen 2025
Lamentations 3:41
5 sen 2025
1 Corinthians 12:12
4 sen 2025
Ruth 3:18
3 sen 2025
Exodus 13:7
2 sen 2025
Psalms 27:14
1 sen 2025
Galatians 5:22-23
31 avq 2025
Romans 5:16