Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq».
RUT 3:18
Gündəlik İşıq
Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq».
RUT 3:18
Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın!
YEŞAYA 7:4
«Dayanın, bilin ki, Mən Allaham, Millətlər arasında ucayam, Yer üzündə ucayam!»
ZƏBUR 46:10
İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?»
YƏHYA 11:40
Adamların təkəbbürü qırılacaq, İnsanların qüruru alçaldılacaq, O gün yalnız Rəbb ucaldılacaq.
YEŞAYA 2:17
Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı.
LUKA 10:39
Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».
LUKA 10:42
Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz.
YEŞAYA 30:15
Qorxub-titrəyin, günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. Sela
ZƏBUR 4:4
Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
ZƏBUR 37:7
Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz.
ZƏBUR 112:7-8
Buna görə də Xudavənd Rəbb belə deyir: Budur, Sionda təməl olaraq bir daş, Sınaqdan keçirilmiş daş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən hər kəs narahat olmayacaq.
YEŞAYA 28:16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
3 sen 2025
Exodus 13:7
2 sen 2025
Psalms 27:14
1 sen 2025
Galatians 5:22-23
31 avq 2025
Romans 5:16
30 avq 2025
Esther 5:2
29 avq 2025
Proverbs 16:20
28 avq 2025
Revelation 12:10