O yeddi gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin.
ÇIXIŞ 13:7
Gündəlik İşıq
O yeddi gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin.
ÇIXIŞ 13:7
Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm.
SÜLEYMANIN MƏSƏLLƏRİ 8:13
Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
ROMALILARA 12:9
Hər cür şərdən uzaq durun.
1 SALONİKLİLƏRƏ 5:22
Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.
İBRANİLƏRƏ 12:15
Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi.
ZƏBUR 66:18
Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin.
1 KORİNFLİLƏRƏ 11:28
Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
2 TİMOTEYƏ 2:19
Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun.
İBRANİLƏRƏ 7:26
Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur.
1 YƏHYA 3:5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
2 sen 2025
Psalms 27:14
1 sen 2025
Galatians 5:22-23
31 avq 2025
Romans 5:16
30 avq 2025
Esther 5:2
29 avq 2025
Proverbs 16:20
28 avq 2025
Revelation 12:10
27 avq 2025
Psalms 119:105