Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
ZƏBUR 119:105
Gündəlik İşıq
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
ZƏBUR 119:105
Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam. Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam.
ZƏBUR 17:4-5
Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər. Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
SÜLEYMANIN MƏSƏLLƏRİ 6:22-23
Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.
YEŞAYA 30:21
Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq».
YƏHYA 8:12
Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz.
2 PETER 1:19
İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.
1 KORİNFLİLƏRƏ 13:12
Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.
VƏHY 22:5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
26 avq 2025
Exodus 28:36
25 avq 2025
Isaiah 51:1
24 avq 2025
Exodus 3:7
23 avq 2025
Jeremiah 31:3
22 avq 2025
Romans 14:7-8
21 avq 2025
Psalms 119:57
20 avq 2025
Numbers 23:19