Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
ZƏBUR 119:57
Gündəlik İşıq
Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
ZƏBUR 119:57
Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir.
1 KORİNFLİLƏRƏ 3:21
Sizsə Məsihinsiniz, Məsih də Allahındır.
1 KORİNFLİLƏRƏ 3:23
Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
TİTƏ 2:13-14
Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi.
EFESLİLƏRƏ 1:22
Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.
EFESLİLƏRƏ 5:25
və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
EFESLİLƏRƏ 5:27
Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin!
ZƏBUR 34:2
Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
YEŞAYA 61:10
Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm. Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
ZƏBUR 73:25-26
Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən. Səndən başqa mənim xoşbəxtliyim yoxdur.
ZƏBUR 16:2
Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır. Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
ZƏBUR 16:5-6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
20 avq 2025
Numbers 23:19
19 avq 2025
1 Peter 1:15
18 avq 2025
Deuteronomy 3:24
17 avq 2025
James 5:16
16 avq 2025
1 Chronicles 22:5
15 avq 2025
Hebrews 13:20-21
14 avq 2025
Nehemiah 8:10