15 avq 2025
Gündəlik İşıq, 16 avqust: Çünki biz var olan Allahın məbədiyik
Gündəlik İşıq
Təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır.
Bi̇ri̇nci̇ Salnamələr 22:5
Özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun.
1 Peter 2:5
Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır? Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.
1 Kori̇nfli̇lərə 3:16–17
Bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.
1 Kori̇nfli̇lərə 6:19–20
Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq».
2 Kori̇nfli̇lərə 6:16
Artıq yad və qərib deyilsiniz ... Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
Efesli̇lərə 2:19–22
Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.
Kolosseli̇lərə 1:17
Allahın yaratdıqlarının Mənşəyi belə deyir.
Vəhy 3:14
Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur.
Kolosseli̇lərə 1:18
Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu. Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim. Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə, Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda, Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim.
Süleymanin Məsəlləri̇ 8:22–23, 27–30
Əzəldən bəri Mən Oyam.
Yeşaya 43:13
Yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.
Vəhy 13:8
Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
İbrani̇lərə 12:2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax14 avq 2025
Nehemya 8:10 · Yeşaya 49:13
13 avq 2025
İbrani̇lərə 11:16 · Yəhya 14:3
12 avq 2025
Mərsi̇yələr 3:31–32 · Yeremya 46:28
11 avq 2025
İbrani̇lərə 2:14 · 2 Ti̇moteyə 1:10
10 avq 2025
Yəhya 17:15 · Fi̇li̇pi̇li̇lərə 2:15
9 avq 2025
Nəğmələr Nəğməsi̇ 4:7 · Yeşaya 1:5–6
