10 avq 2025
Gündəlik İşıq, 11 avqust: Çünki Rəbb belə söylədi
Gündəlik İşıq
Ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin.
İbrani̇lərə 2:14
Indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.
2 Ti̇moteyə 1:10
Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi.
Yeşaya 25:8
Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi, Onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək. «Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır. Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 Kori̇nfli̇lərə 15:54–57
Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir.
2 Ti̇moteyə 1:7
Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
Zəbur 23:4
İşıq məskəninə gedən yol haradadır?
Əyyub 38:19
Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur.
1 Yəhya 1:5
Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm.
Yəhya 9:5
Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik. Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
1 Yəhya 1:6–7
Müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. Oğlunda satınalınmaya – günahlarımızın bağışlanmasına malikik.
Kolosseli̇lərə 1:12–14
Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq.
1 Saloni̇kli̇lərə 5:5
Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
Matta 5:14, 16
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax9 avq 2025
Nəğmələr Nəğməsi̇ 4:7 · Yeşaya 1:5–6
8 avq 2025
Süleymanin Məsəlləri̇ 4:18 · Fi̇li̇pi̇li̇lərə 3:12
7 avq 2025
Yəhya 14:26 · Yəhya 4:10
6 avq 2025
Süleymanin Məsəlləri̇ 3:12 · Qanunun Təkrari 32:39
5 avq 2025
Romalilara 6:4 · Romalilara 6:19
4 avq 2025
Yəhya 19:30 · İbrani̇lərə 12:2
