7 avq 2025
Gündəlik İşıq, 8 avqust: Amma hədəfdən tutmaq üçün qaçıram
Gündəlik İşıq
Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
Süleymanin Məsəlləri̇ 4:18
Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub.
Fi̇li̇pi̇li̇lərə 3:12
Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək.
Huşə 6:3
O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar.
Matta 13:43
Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
2 Kori̇nfli̇lərə 3:18
Kamillik gələndə məhdud olan aradan qalxacaq.
1 Kori̇nfli̇lərə 13:10
İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.
1 Kori̇nfli̇lərə 13:12
Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
1 Yəhya 3:2–3
Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq».
Romalilara 10:13
Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
Yəhya 6:37
Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan.
Luka 23:42–43
Nə istəyirsiniz, sizin üçün edim? Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın». İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.
Matta 20:32–34
Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!
Luka 11:13
Öz Ruhumu sizin daxilinizə qoyacağam. ... Xudavənd Rəbb belə deyir: “Mən İsrail nəslinin xahişini qəbul edib onlar üçün bunu edəcəyəm.
Yezekel 36:27, 37
Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir. Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq.
1 Yəhya 5:14–15
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax6 avq 2025
Süleymanin Məsəlləri̇ 3:12 · Qanunun Təkrari 32:39
5 avq 2025
Romalilara 6:4 · Romalilara 6:19
4 avq 2025
Yəhya 19:30 · İbrani̇lərə 12:2
3 avq 2025
Luka 1:50 · Zəbur 31:19–20
2 avq 2025
Vəhy 13:8 · Çixiş 12:5–7
1 avq 2025
Efesli̇lərə 2:8 · İbrani̇lərə 11:6
