2 avq 2025
Gündəlik İşıq, 3 avqust: Onun mərhəməti də nəsildən-nəslə
Gündəlik İşıq
Onun mərhəməti də nəsildən-nəslə.
Luka 1:50
Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin. Onları insanların qəsdlərindən Hüzurunda sığındırırsan, Böhtançı dillərə qarşı çardağında gizlədirsən.
Zəbur 31:19–20
Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin.
1 Peter 1:17
Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır. Ondan qorxanları murada çatdırar, Fəryadlarına qulaq asıb onları qurtarar.
Zəbur 145:18–19
Mənim bu yer və orada yaşayanlar barədə ‹viranəlik və lənət olsun› deyə söylədiyim sözü eşidəndə ürəyin yumşaldı və Rəbbin önündə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” belə deyir Rəbb.
İki̇nci̇ Padşahlar 22:19
Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana, Sözümün önündə titrəyənə nəzər salaram.
Yeşaya 66:2
Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır.
Zəbur 34:18
Mənə hörmət edənləri hörmətə çatdıracağam.
Bi̇ri̇nci̇ Şamuel 2:30
İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm.
Matta 10:32
Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq.
Matta 10:37–39
Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq.
Yaqub 1:12
Çəkəcəyin əzabdan heç qorxma. ... Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm.
Vəhy 2:10
Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır.
2 Kori̇nfli̇lərə 4:17
Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.
1 Peter 1:7
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax1 avq 2025
Efesli̇lərə 2:8 · İbrani̇lərə 11:6
31 iyl 2025
2 Ti̇moteyə 2:3 · Yeşaya 55:4
30 iyl 2025
Kolosseli̇lərə 3:1 · Süleymanin Məsəlləri̇ 4:5
29 iyl 2025
Yeşaya 64:1 · Nəğmələr Nəğməsi̇ 8:14
28 iyl 2025
Efesli̇lərə 5:2 · Yəhya 13:34
27 iyl 2025
2 Kori̇nfli̇lərə 4:4 · Yeşaya 40:5
