Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub.
KOLOSSELİLƏRƏ 3:1
Gündəlik İşıq
Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub.
KOLOSSELİLƏRƏ 3:1
Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma.
SÜLEYMANIN MƏSƏLLƏRİ 4:5
Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır.
YAQUB 3:17
Dərinliklər deyər: “Məndə yoxdur”, Dəniz deyər: “Yanımda yoxdur”.
ƏYYUB 28:14
Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək. Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq.
ROMALILARA 6:4-5
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq.
İBRANİLƏRƏ 12:1
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
EFESLİLƏRƏ 2:4-6
Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər.
İBRANİLƏRƏ 11:14
Ey Rəbbin hökmünə əməl edən sizlər, Ölkədəki itaətkar insanlar, Rəbbə meyl salın! Salehliyə meyl salın! İtaətkarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz.
SEFANYA 2:3
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
29 iyl 2025
Isaiah 64:1
28 iyl 2025
Ephesians 5:2
27 iyl 2025
2 Corinthians 4:4
26 iyl 2025
Hebrews 11:8
25 iyl 2025
1 John 3:14
24 iyl 2025
Romans 12:12
23 iyl 2025
1 Corinthians 15:24