Qardaşlarımızı sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə ölümdə qalır.
1 YƏHYA 3:14
Gündəlik İşıq
Qardaşlarımızı sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə ölümdə qalır.
1 YƏHYA 3:14
Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib.
YƏHYA 5:24
Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.
1 YƏHYA 5:12
Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdır. O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.
2 KORİNFLİLƏRƏ 1:21-22
19-Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir.
1 YƏHYA 3:19
Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik
1 YƏHYA 3:21
Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır.
1 YƏHYA 5:19
Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz.
EFESLİLƏRƏ 2:1
təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.
EFESLİLƏRƏ 2:5
O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü.
KOLOSSELİLƏRƏ 1:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
24 iyl 2025
Romans 12:12
23 iyl 2025
1 Corinthians 15:24
22 iyl 2025
Romans 6:10
21 iyl 2025
Romans 3:1-2
20 iyl 2025
John 17:16
19 iyl 2025
Luke 1:49
18 iyl 2025
John 10:3