Çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir!
LUKA 1:49
Gündəlik İşıq
Çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir!
LUKA 1:49
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?
ÇIXIŞ 15:11
Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur.
ZƏBUR 86:8
Ya Rəbb, kim Səndən qorxmaz, Kim Sənin adını izzətləndirməz? Çünki yalnız Sən müqəddəssən. Bütün millətlər gəlib Sənin önündə səcdə edəcək, Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».
VƏHY 15:4
Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun,
MATTA 6:9
«Alqış olsun İsrailin Allahı Rəbbə! Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
LUKA 1:68
Edomdan, Bosradan al geyimlər geyib Bu gələn kimdir? Təmtəraqlı libas içində, Böyük qüdrətlə gələn kimdir? «O Mənəm, həqiqətlə danışan, Qurtarmağa qadir olan».
YEŞAYA 63:1
Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim.
ZƏBUR 89:19
Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin.
EFESLİLƏRƏ 3:20-21
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
18 iyl 2025
John 10:3
17 iyl 2025
Jonah 4:2
16 iyl 2025
Exodus 19:6
15 iyl 2025
Matthew 6:10
14 iyl 2025
Matthew 12:34
13 iyl 2025
Song of Solomon 7:10
12 iyl 2025
Exodus 33:14