13 iyl 2025
Gündəlik İşıq, 14 iyul: Çünki ürək doluluğundan ağız danışar
Gündəlik İşıq
Çünki ürək doluluğundan ağız danışar.
Matta 12:34
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın.
Kolosseli̇lərə 3:16
Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur.
Süleymanin Məsəlləri̇ 4:23
Ölüm və həyat dilin əlindədir.
Süleymanin Məsəlləri̇ 18:21
Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar. Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.
Zəbur 37:30–31
Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.
Efesli̇lərə 4:29
Axı eşidib-gördüklərimizi deməyə bilmərik.
Həvari̇ləri̇n İşləri̇ 4:20
«Mən çox əzab çəkirəm» deyərkən.
Zəbur 116:10
İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm.
Matta 10:32
Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur.
Romalilara 10:10
Amma ümid edirəm ki, tezliklə səni görəcəyəm və səninlə üz-üzə söhbət edəcəyəm.
3 Yəhya 1:14–15
Ya Rəbb, kaş göyləri yarıb enəydin.
Yeşaya 64:1
Maral axar sulara həsrət qalan kimi, Ey Allah, könlüm Sənin həsrətini çəkir! Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb. Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm?
Zəbur 42:1–2
Ey sevgilim, qaç, Ətir saçan dağların üstündə, Bir ahu, bir maral balası kimi ol.
Nəğmələr Nəğməsi̇ 8:14
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.
Fi̇li̇pi̇li̇lərə 3:20
Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
Ti̇tə 2:13
Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan.
1 Ti̇moteyə 1:1
Siz İsa Məsihi görməmisiniz.
1 Peter 1:8
Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
Vəhy 22:20
O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!»
Yeşaya 25:9
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax12 iyl 2025
Çixiş 33:14 · Qanunun Təkrari 31:6
11 iyl 2025
Yeremya 15:20 · Yeşaya 49:24–26
10 iyl 2025
Matta 10:24 · Yəhya 13:13
9 iyl 2025
Zəkəri̇yyə 3:4 · Zəbur 32:1
8 iyl 2025
1 Yəhya 1:9 · Zəbur 51:3–4
7 iyl 2025
Matta 4:1 · İbrani̇lərə 5:7–9
