Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 YƏHYA 1:9
Gündəlik İşıq
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 YƏHYA 1:9
Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır. Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.
ZƏBUR 51:3-4
O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.
LUKA 15:20
Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım».
YEŞAYA 44:22
Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız bağışlanıb.
1 YƏHYA 2:12
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
EFESLİLƏRƏ 4:32
Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
ROMALILARA 3:26
Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm.
YEZEKEL 36:25
Amma Sardda, sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər.
VƏHY 3:4
Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir.
1 YƏHYA 5:6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
7 iyl 2025
Matthew 4:1
6 iyl 2025
Colossians 4:6
5 iyl 2025
1 John 4:16
4 iyl 2025
John 13:23
3 iyl 2025
Romans 8:17
2 iyl 2025
Exodus 12:43
1 iyl 2025
Galatians 5:22