6 iyl 2025
Gündəlik İşıq, 7 iyul: Kəsilməyə aparılan quzu kimi
Gündəlik İşıq
Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı.
Matta 4:1
Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi. O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu.
İbrani̇lərə 5:7–9
Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.
İbrani̇lərə 4:15
Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.
1 Kori̇nfli̇lərə 10:13
Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur.
2 Kori̇nfli̇lərə 12:9
Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
Matta 20:28
Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə, deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək!
İbrani̇lərə 9:13–14
Kəsilməyə aparılan quzu kimi, Qırxımçıların qabağında dilsiz qoyun kimi Ağzını açmadı.
Yeşaya 53:7
Özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var.
Yəhya 10:15, 18
Çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır.
Levi̇li̇lər 17:11
Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur.
İbrani̇lərə 9:22
Biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq.
Romalilara 5:8–9
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax5 iyl 2025
1 Yəhya 4:16 · Efesli̇lərə 2:4–7
4 iyl 2025
Yəhya 13:23 · Yeşaya 66:13
3 iyl 2025
Romalilara 8:17 · Qalati̇yalilara 3:29
2 iyl 2025
Çixiş 12:43 · İbrani̇lərə 13:10
1 iyl 2025
Qalati̇yalilara 5:22 · Efesli̇lərə 5:1
30 iyn 2025
Vəhy 3:19 · İbrani̇lərə 12:5–6
