29 iyn 2025
Gündəlik İşıq, 30 iyun: Mən kimi sevirəm (Vəhy 3:19)
Gündəlik İşıq
Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm.
Vəhy 3:19
Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətindən ruhdan düşmə. Çünki Rəbb sevdiyini tərbiyələndirər, Qəbul etdiyi hər oğulu döyər.
İbrani̇lərə 12:5–6
Rəbb də sevdiyini elə məzəmmət edər.
Süleymanin Məsəlləri̇ 3:12
Çünki O yaralayar, sonra isə sarıyar, Ağrı verər, əlləri ilə sağaldar.
Əyyub 5:18
Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.
1 Peter 5:6
Təmizlədim, Sizi iztirab ocağında çəkdim.
Yeşaya 48:10
Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz.
Mərsi̇yələr 3:33
Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir. Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Zəbur 103:10–14
Çünki Allah göydədir, sən yerdə. Buna görə də az danış.
Vai̇z 5:2
Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.
Matta 6:7–8
Bizə cavab ver!» deyə Baalı çağırdılar, ancaq heç səs-soraq çıxmadı.
Bi̇ri̇nci̇ Padşahlar 18:26
Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi.
Luka 18:10–11, 13–14
Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət.
Luka 11:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax28 iyn 2025
Əyyub 19:25 · Romalilara 5:10
27 iyn 2025
Vəhy 6:17 · Malaki̇ 3:2
26 iyn 2025
Bi̇ri̇nci̇ Salnamələr 4:10 · Süleymanin Məsəlləri̇ 10:22
25 iyn 2025
1 Yəhya 3:2 · Yəhya 1:12
24 iyn 2025
Saylar 10:33 · Zəbur 31:15
23 iyn 2025
Yəhya 14:16–17 · Yəhya 16:7
