Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
ROMALILARA 3:1-2
Gündəlik İşıq
Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
ROMALILARA 3:1-2
Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq.
YEREMYA 4:4
– buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri yumşalıb günahlarının əvəzini ödəsələr, o zaman Mən də Yaqubla, İshaqla və İbrahimlə bağladığım əhdimi və onlara vəd etdiyim ölkəni xatırlayacağam.
LEVİLİLƏR 26:41-42
Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin;
ROMALILARA 15:8
Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz.
KOLOSSELİLƏRƏ 2:11
Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb
KOLOSSELİLƏRƏ 2:13
Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, ruhən və əqlən yeniləşin, əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
EFESLİLƏRƏ 4:22-24
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
20 iyl 2025
John 17:16
19 iyl 2025
Luke 1:49
18 iyl 2025
John 10:3
17 iyl 2025
Jonah 4:2
16 iyl 2025
Exodus 19:6
15 iyl 2025
Matthew 6:10
14 iyl 2025
Matthew 12:34