11 avq 2025
Gündəlik İşıq, 12 avqust: Qəm-qüssə versə belə
Gündəlik İşıq
Çünki Xudavənd əbədilik Bizi Özündən kənar etməz. Qəm-qüssə versə belə.
Mərsi̇yələr 3:31–32
Qorxma ... Çünki Mən səninləyəm” Rəbb belə bəyan edir. ... Səni tamamilə məhv etməyəcəyəm, Ədalətlə tərbiyələndirəcəyəm.
Yeremya 46:28
Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm.
Mi̇keya 7:9
Güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları.
1 Kori̇nfli̇lərə 1:27
Lakin İsrail övladları Rəbbə fəryad edəndə Rəbb Binyaminli Geranın oğlu solaxay Ehudu bir xilaskar kimi onlara yetirdi. ... Bundan sonra Anat oğlu Şamqar hakim oldu və o, altı yüz Filiştlini öküz payası ilə qıraraq İsraili xilas etdi.
Haki̇mlər 3:15, 31
Rəbb ona tərəf çevrilib dedi: «Bu qüvvətinlə get ... Səni göndərən Mən deyiləmmi?» Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm».
Haki̇mlər 6:14–15
Rəbb Gideona dedi: «Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmirəm. Çünki İsraillilər Mənim qarşımda “öz əlimlə özümü qurtardım” deyib öyünəcək.
Haki̇mlər 7:2
Yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
Zəkəri̇yyə 4:6
Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
Efesli̇lərə 6:10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 avq 2025
Yəhya 17:15 · Fi̇li̇pi̇li̇lərə 2:15
9 avq 2025
Nəğmələr Nəğməsi̇ 4:7 · Yeşaya 1:5–6
8 avq 2025
Süleymanin Məsəlləri̇ 4:18 · Fi̇li̇pi̇li̇lərə 3:12
7 avq 2025
Yəhya 14:26 · Yəhya 4:10
6 avq 2025
Süleymanin Məsəlləri̇ 3:12 · Qanunun Təkrari 32:39
5 avq 2025
Romalilara 6:4 · Romalilara 6:19
