17 avq 2025
Gündəlik İşıq, 18 avqust: Göydə Rəbbin tayı-bərabəri varmı?
Gündəlik İşıq
Göydə və yerdə hansı allah var ki, Sənin etdiyin böyük işləri görə bilsin, Sənin kimi hər şeyə qadir olsun!
Qanunun Təkrari 3:24
Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı? Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb.
Zəbur 89:6, 8
Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur.
Zəbur 86:8
Sən bütün bu böyük şeyləri quluna başa salmaq üçün, həm də Öz sözün uğrunda və Öz ürəyincə etdin. Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.
İki̇nci̇ Şamuel 7:21–22
Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib. Bizə isə Allah bunları Öz Ruhu ilə açdı.
1 Kori̇nfli̇lərə 2:9–10
Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu qanunun bütün sözlərinə əməl edək.
Qanunun Təkrari 29:29
Buna görə yazıldığı kimi «öyünən Rəbdə öyünsün».
1 Kori̇nfli̇lərə 1:31
Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin, Varlı öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada Məhəbbət, ədalət və salehlik yaratdığını.
Yeremya 9:23–24
Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb.
Fi̇li̇pi̇li̇lərə 3:8
Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir.
Romalilara 1:16
Beləcə Allaha xidmət etdiyimə görə Məsih İsa ilə fəxr edirəm.
Romalilara 15:17
Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm.
Zəbur 73:25
Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir ... Çünki Sən məni qurtardığına görə sevinirəm.
Bi̇ri̇nci̇ Şamuel 2:1
Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir.
Zəbur 115:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax16 avq 2025
Bi̇ri̇nci̇ Salnamələr 22:5 · 1 Peter 2:5
15 avq 2025
İbrani̇lərə 13:20–21 · 2 Kori̇nfli̇lərə 13:11
14 avq 2025
Nehemya 8:10 · Yeşaya 49:13
13 avq 2025
İbrani̇lərə 11:16 · Yəhya 14:3
12 avq 2025
Mərsi̇yələr 3:31–32 · Yeremya 46:28
11 avq 2025
İbrani̇lərə 2:14 · 2 Ti̇moteyə 1:10
