19 avq 2025
Gündəlik İşıq, 20 avqust: Sədaqəti qalxanın, sipərin olar
Gündəlik İşıq
Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin.
Saylar 23:19
Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Yaqub 1:17
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Sədaqəti qalxanın, sipərin olar.
Zəbur 91:4
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
İbrani̇lərə 6:17–18
Vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər.
Qanunun Təkrari 7:9
Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
Zəbur 25:10
Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan! Odur göyləri ... Odur əbədi sadiq qalan.
Zəbur 146:5–6
Dar gündə taqətdən düşsən, Necə də zəif adamsan!
Süleymanin Məsəlləri̇ 24:10
O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar.
Yeşaya 40:29
Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur.
2 Kori̇nfli̇lərə 12:9
Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
Zəbur 91:15
Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar.
Qanunun Təkrari 33:27
Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım, təsəlli verən olmadı.
Zəbur 69:20
İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir. Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir ... Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi ... O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu.
İbrani̇lərə 5:1–2, 5, 8–9
Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü.
Yeşaya 53:4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax18 avq 2025
Qanunun Təkrari 3:24 · Zəbur 89:6
17 avq 2025
Yaqub 5:16 · Yaradiliş 18:27–28
16 avq 2025
Bi̇ri̇nci̇ Salnamələr 22:5 · 1 Peter 2:5
15 avq 2025
İbrani̇lərə 13:20–21 · 2 Kori̇nfli̇lərə 13:11
14 avq 2025
Nehemya 8:10 · Yeşaya 49:13
13 avq 2025
İbrani̇lərə 11:16 · Yəhya 14:3
