Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım.
ÇIXIŞ 3:7
Gündəlik İşıq
Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım.
ÇIXIŞ 3:7
Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik.
YEŞAYA 53:3
Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.
İBRANİLƏRƏ 4:15
Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü».
MATTA 8:17
Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi.
YƏHYA 4:6
İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü.
YƏHYA 11:33
İsa ağladı.
YƏHYA 11:35
Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.
İBRANİLƏRƏ 2:18
«Rəbb müqəddəs yüksəklikdən, Göylərdən yer üzünə nəzər saldı; Əsirlərin naləsini eşitmək üçün, Ölümə aparılanları azad etmək üçün».
ZƏBUR 102:19-20
Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.
ƏYYUB 23:10
Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar.
ZƏBUR 142:3
Çünki Ordular Rəbbi deyir ki, İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi. Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
ZƏKƏRİYYƏ 2:8
Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı.
YEŞAYA 63:9
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
23 avq 2025
Jeremiah 31:3
22 avq 2025
Romans 14:7-8
21 avq 2025
Psalms 119:57
20 avq 2025
Numbers 23:19
19 avq 2025
1 Peter 1:15
18 avq 2025
Deuteronomy 3:24
17 avq 2025
James 5:16