Rəbb uzaqdan mənə görünüb dedi: «Səni əbədi bir məhəbbətlə sevdim, Buna görə də sevgi ilə Səni Özümə tərəf çəkdim.
YEREMYA 31:3
Gündəlik İşıq
Rəbb uzaqdan mənə görünüb dedi: «Səni əbədi bir məhəbbətlə sevdim, Buna görə də sevgi ilə Səni Özümə tərəf çəkdim.
YEREMYA 31:3
Bizsə, ey Rəbbin sevdiyi qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik. Çünki Allah başlanğıcdan sizi Ruhun təqdisi və həqiqətə iman vasitəsilə xilas üçün seçdi. Rəbbimiz İsa Məsihin izzətinə nail olmağınız üçün O bizim yaydığımız Müjdə ilə sizi bu xilasa çağırdı.
2 SALONİKLİLƏRƏ 2:13-14
Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi,
2 TİMOTEYƏ 1:9
Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
ZƏBUR 139:16
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
YƏHYA 3:16
Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
1 YƏHYA 4:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
22 avq 2025
Romans 14:7-8
21 avq 2025
Psalms 119:57
20 avq 2025
Numbers 23:19
19 avq 2025
1 Peter 1:15
18 avq 2025
Deuteronomy 3:24
17 avq 2025
James 5:16
16 avq 2025
1 Chronicles 22:5