Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş” yazısını həkk et.
ÇIXIŞ 28:36
Gündəlik İşıq
Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş” yazısını həkk et.
ÇIXIŞ 28:36
Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.
İBRANİLƏRƏ 12:14
Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir».
YƏHYA 4:24
Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
YEŞAYA 64:6
Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir: “Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar; Bütün xalq məni izzətləndirsin”». Harun isə susurdu.
LEVİLİLƏR 10:3
Məbədlə bağlı qanun budur: dağın başında hər tərəfdən onun bütün ərazisi çox müqəddəs olacaq. Bəli, məbədin qanunu budur.
YEZEKEL 43:12
Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır.
ZƏBUR 93:5
Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.
YƏHYA 17:19
Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq.
İBRANİLƏRƏ 4:14
Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İBRANİLƏRƏ 4:16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
25 avq 2025
Isaiah 51:1
24 avq 2025
Exodus 3:7
23 avq 2025
Jeremiah 31:3
22 avq 2025
Romans 14:7-8
21 avq 2025
Psalms 119:57
20 avq 2025
Numbers 23:19
19 avq 2025
1 Peter 1:15