Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir;
1 KORİNFLİLƏRƏ 12:12
Gündəlik İşıq
Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir;
1 KORİNFLİLƏRƏ 12:12
Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur.
KOLOSSELİLƏRƏ 1:18
Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.
EFESLİLƏRƏ 1:22-23
Axı biz Onun bədən üzvləriyik.
EFESLİLƏRƏ 5:30
Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin, Amma Mənə bir bədən hazırladın.
İBRANİLƏRƏ 10:5
Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
ZƏBUR 139:16
Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər.
YƏHYA 17:6
O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq.
EFESLİLƏRƏ 1:4
Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun;
ROMALILARA 8:29
Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək. Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir.
EFESLİLƏRƏ 4:15-16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
4 sen 2025
Ruth 3:18
3 sen 2025
Exodus 13:7
2 sen 2025
Psalms 27:14
1 sen 2025
Galatians 5:22-23
31 avq 2025
Romans 5:16
30 avq 2025
Esther 5:2
29 avq 2025
Proverbs 16:20