Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız. İndi nə edək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edəkmi? Əsla!
ROMALILARA 6:14-15
Gündəlik İşıq
Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız. İndi nə edək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edəkmi? Əsla!
ROMALILARA 6:14-15
Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanuna münasibətdə ölmüsünüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız; belə ki Allah üçün bəhrə verək.
ROMALILARA 7:4
Özüm Allahın qanunundan kənar deyil, Məsihin qanununa tabeyəmsə də, Qanundan kənar olanları əldə etmək üçün onlarla Qanundan kənar olan kimi davrandım.
1 KORİNFLİLƏRƏ 9:21
Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır. Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 KORİNFLİLƏRƏ 15:56-57
Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi.
ROMALILARA 8:2
İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir.
YƏHYA 8:34
Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.
YƏHYA 8:36
Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın.
QALATİYALILARA 5:1
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
14 sen 2025
Isaiah 51:12
13 sen 2025
John 7:37
12 sen 2025
Isaiah 57:18
11 sen 2025
Romans 12:2
10 sen 2025
Jeremiah 32:9
9 sen 2025
Luke 1:53
8 sen 2025
Daniel 5:27