Gözlərimi aç ki, Qanununun xariqələrini görüm.
ZƏBUR 119:18
Gündəlik İşıq
Gözlərimi aç ki, Qanununun xariqələrini görüm.
ZƏBUR 119:18
Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı.
LUKA 24:45
O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir.
MATTA 13:11
O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi.
MATTA 11:25-26
Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik.
1 KORİNFLİLƏRƏ 2:12
Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur! Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
ZƏBUR 139:17-18
Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır! «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?»
ROMALILARA 11:33-34
Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.
ROMALILARA 11:36
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
17 sen 2025
Matthew 12:20
16 sen 2025
Proverbs 21:2
15 sen 2025
Romans 6:14-15
14 sen 2025
Isaiah 51:12
13 sen 2025
John 7:37
12 sen 2025
Isaiah 57:18
11 sen 2025
Romans 12:2