Ədaləti zəfərə çatdırana qədər Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək.
MATTA 12:20
Gündəlik İşıq
Ədaləti zəfərə çatdırana qədər Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək.
MATTA 12:20
Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
ZƏBUR 51:17
O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
ZƏBUR 147:3
Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim. Həmişə çəkişib qəzəblənməyəcəyəm, Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz.
YEŞAYA 57:15-16
“İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”.
YEZEKEL 34:16
Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin. Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın.
İBRANİLƏRƏ 12:12-13
Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!»
YEŞAYA 35:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
16 sen 2025
Proverbs 21:2
15 sen 2025
Romans 6:14-15
14 sen 2025
Isaiah 51:12
13 sen 2025
John 7:37
12 sen 2025
Isaiah 57:18
11 sen 2025
Romans 12:2
10 sen 2025
Jeremiah 32:9